Yığmamız Mingəçevirdə hazırlaşır
94 baxış
İdman xəbərləri
Qadın voleybolçulardan ibarət millimiz Avropa Çempionatına Mingəçevirdə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, seçməmiz Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşqlərə start verib. 15 oyunçumuz seçməmizin baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi altında məşqlərə qoşulub. Eldar Yusubov, Famil Ağayev və Emin Əbilovun köməkçi çalışdırıcı olduğu komandamızın hazırlığı avqustun 11-dək davam edəcək.
Qeyd edək ki, Avropa Çempionatı avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək. A qrupunda mübarizə aparacaq millimizin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Bosniya və Herseqovina, Rusiya və Fransa kollektivləridir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.