Yığmamız hazırlıqları başa vurub
32 baxış
İdman xəbərləri
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası Serbiyada keçiriləcək dünya çempionatına hazırlıqları başa vurub.
Dünya Müasir Döyüş Növləri Federasiyasının vitse-prezidenti Arif Məmmədov səfər öncəsi milli komandanın məşqçiləri və idmançıları ilə birgə geniş tərkibdə görüş keçirib. İclasda 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının İdarə Heyətinin üzvü Arif Məmmədov Zəfər Günü münasibətilə görüş iştirakçılarını təbrik edib və və milli komandanın son hazırlıq prosesindən danışıb.
Bunun ardınca Assosiasiyanın məşqçiləri ilə xüsusi görüş keçirilib. Burada dünya çempionatının qaydaları və pandemiya səbəbindən müəyyən qaydalar çərçivəsində reallaşacağı bildirilib.
Pandemiya səbəbindən uzun müddət yarışlardan kənar qaldıqlarını deyən Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti, Dünya və Avropa çempionu Arif Məmmədov Serbiyaya iddialı yollandıqlarını bildirib.
Assosiasiyanın idmançıları da yarışa ciddi hazırlaşırlar. Millinin üzvləri dünya çempionatında ölkəmizi layiqincə təmsil edəcəklərini vurğulayıblar.
Qeyd edək ki, karate üzrə Dünya Çempionatı Serbiyanın Zrenjanin şəhərində keçiriləcək. Azərbaycan millisi yarışa 70 nəfərlik heyətlə qatılacaq. Seçəmiz bütün yaş qrupları üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Noyabrın 12-də başlayacaq Mundial 3 gün davam edəcək. Komandamız səfərə ayın 10-da yola düşəcək.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.