"Vur Cup 2"

  • 10.04.2024
  • 0

Aprelin 6-sı sağlam həyatın təbliğinə və pis vərdişlərlə mübarizəyə həsr olunan “VUR Cup” mini futbol turnirinə start verilib.

Offsideplus.az xəbər verir ki, iyunun 9-na qədər davam edəcək yarışın yaradıcısı futbolsevər Altay Adıgözəlov-Mustafayevdir. Turnirin təşkilatçısı isə CİS şirkətidir. Azərbaycan Mini Futbol Federasiyasının və AFFA-nın dəstəyi ilə keçirilən yarışa yeniyetmə və gənclərdən ibarət 32 komanda qatılıb.

Turnirin ilk turunda ən maraqlı görüşlərdən biri “ABC Lions” və “Xarıbülbül” kollektivləri arasında olub. İNTERŞUM
5 qolun qeydə alındığı qarşılaşma “Xarıbülbül”ün 4-1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər matçda isə “Landau Lions” və “MYC Tigers” üz-üzə gəlib. Gərgin mübarizə ilə diqqət çəkən oyun 4:4 hesablı bərabərliklə bitib. İNTERŞUM

Qeyd edək ki, yarışın ilk turunun matçlarından sonra “RedBull”, “Eventers Agency” və “Allstar” şirkətlərin dəstəyi ilə futbolçular və azarkeşlər üçün musiqi proqramı baş tutub.

Əlavə edək ki, turnirin Baş Sponsoru “Math You Can”, Baş Tərəfdaşı “VMF Rover”, Sponsor isə “Gavalı” şirkətləridir