AZ
Video yüklə

Türkiyəli futbolçu karyerasını bitirdi

10 baxış İdman xəbərləri
"Fənərbaxça"nın sabiq futbolçusu Semih Şəntürk futbolçu karyerasını bitirib.



Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun özü məlumat yayıb.



Futbolçu karyerasının əsas hissəsini "Fənərbaxça"da (2001-2013) keçirən Şəntürk, "İzmirspor", "Antalyaspor" və "Başakşəhər"də də top qovub. Şəntürkün son klubu "Əskişəhərspor" olub.



35 yaşlı futbolçu 111 dəfə Türkiyə millisinin formasını geyinib. O, bu oyunlarda 44 qol vurub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.