AZ
Video yüklə

“Turan Tovuz” Türkiyədə

54 baxış İdman xəbərləri
Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələn “Turan Tovuz” klubu bu gün Antalyaya yola düşüb.

Offsideplus.az xəbər verir ki, artıq Antalyada olan Ayxan Abbasovun komandası yanvarın 18-nə qədər qardaş ölkədə hazırlıq keçəcək.
Xatırladaq ki, “Turan Tovuz” Türkiyədə üç yoxlama oyunu keçirəcək. Belə ki, sözügedən komanda yanvarın 9-da Rumıniyanın “Petrolul”, 13-də İsveçrənin “Aarau”, 17-də isə Polşanın “Qurnik” (Zabrje) kollektivləri ilə üz-üzə gələcək. Komanda yanvarın 18-də vətənə dönəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.