AZ
Video yüklə

Taekvondo üzrə master-klas keçirilib

7 baxış İdman xəbərləri
Bakıda baş tutacaq Taekvondo üzrə Dünya Çempionatı çərçivəsində master klass təşkil olundu.

Heydər Əliyev Mərkəzinin parkında baş tutan tədbirdə ikiqat Avropa çempionu, əməkdar idman ustası İlkin Şahbazov 100-ə qədər idmançıya taekvondo təlimi keçdi.

Beş hissədən ibarət tədbirin ilk hissəsində ümumi komanda ilə birgə baza hərəkətləri edildi.

II hissədə qızların xəyali döyüş səhnəsi canlandırıldı.

Növbəti hissədə uşaq və yeniyetmə taekvondoçuların iştirakı ilə döyüş hərəkətləri ilə bağlı məşqlərə üstünlük verildi.

Xatırladaq ki, 29 may - 4 iyunda Bakıda taekvondo üzrə 26-cı Dünya çempionatı keçiriləcək. Bu barədə Taekvondo Federasiyasının üzvləri təəssüratlarını bölüşdülər

Tədbirdə həmçinin Vətən müharibəsində iştirak etmiş taekvondoçulara Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim edildi.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.