AZ
Video yüklə

“Sərhədçi“də cüdo turniri keçirildi

20 baxış İdman xəbərləri
Yarış H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib

Sərhədçi Olimpiya İdman Mərkəzində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş cüdo üzrə Açıq Respublika turniri keçirilib.



İki gün davam etmiş yarışda 52 klubun heyətində 475 idmançı mükafatlar uğrunda mübarizə aparıb.



Turnirdə paytaxt cüdoçuları ilə yanaşı Ağdam və Bərdədən gəlmiş idmançılar qüvvəsini sınayıb.



Ənənəvi birincilikdə Türkiyə komandası da 7 cüdoçu ilə təmsil olunub.



Turnirə qatılmış 47 qız idmançı 4 çəki dərəcəsində bacarığını nümayiş etdirib.



2002-2004-cü il təvəllüdlü oğlanlar isə 11 çəki dərəcəsi üzrə qalib və mükafatçıların adlarına aydınlıq gətiriblər.



Qeyd edək ki, turnirdə fərqlənmiş cüdoçular yığma komandanın təlim-məşq toplanışlarına cəlb olunacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.