“Şah“ın 2-ci məğlubiyyəti
3 baxış
İdman xəbərləri
Xorvatiyada “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsi davam edir.
Paytaxt Zaqrebdə reallaşan şahmat yarışının 6-cı turunda qrossmeysterimiz Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Şahının toxunulmazlığını qoruya bilməyən Şəhriyar, turnirdə 2-ci məğlubiyyətini alıb.
Beləliklə, 6 oyunun 4-də sülh bağlayıb, 2-də məğlub olan Məmmədyarov aktivindəki 2 xalla 10-cu 12-ci yerləri bölüşür.
Şahmatçımız sabah reallaşacaq 7-ci turda fransalı Maksim Vaşye-Laqravla münasibətləri aydınlaşdıracaq.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.