"Sabah" - "Neftçi" oyununda gərginlik
2 339 baxış
İdman xəbərləri
Futbol üzrə Azərbaycan Kubokunun "Sabah" - "Neftçi" matçında ara qızışıb.
Offsideplus.az xəbər verir ki, görüşün 2-ci hissəsində "Sabah" klubunun futbolçusu Aleksey İsayev rəqib oyunçu Eddi İsrafilovu vurub. Bundan sonra meydan sahiblərinin qapıçlsı Səlahət Ağayev də ora gələrək, "Neftçi"nin futbolçularına hücum edib. Hakim həm Səlahətə, həm də Alekseyə qırmızı vərəqə verib.
Vəziyyət bundan sonra daha da gərginləşib. Səlahət meydanı tərk edərkən "Neftçi" azarkeşləri ona "Neftçi"nin çörəyi haramın olsun" deyə, səsləniblər. Səlahət fanatlara barmaq işarəsi edib və fanatlar ona yad əşyalar atıblar.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.