"Sabah" klubundan alqışlanası addım

  • 17.12.2023
  • 0

"Sabah" klubunun həkimi Rəhim Məhərrəmov stadionunun ətrafındakı sahibsiz heyvanlara qayğı göstərir, komandanın üzvləri ilə birlikdə onları qidalandırır.


Offsideplus.az xəbər verir ki, klubun sponsoru “Bakupan” tərəfindən “Bank Respublika Arena”nın ətrafında yaşayan sahibsiz itlər üçün evciklər hazırlanıb və stadionun ərazisində yerləşdirilib.

Tullantıların təkrar emalı üsulu və sendviç paneldən hazırlanmış bu yuvalar, ənənəvi evciklərdən yüksək termal izolyasiyaya malik olması xüsusiyyətinə görə fərqlənir. Gələcəkdə bu layihənin genişləndirilməsi və Masazır qəsəbəsinin fərqli yerlərində də bu cür evciklərin quraşdırılması nəzərdə tutulub.

 

Nə düşünürsən?