AZ
Video yüklə

"Sabah"dan yeni transfer

146 baxış İdman xəbərləri
“Sabah” klubu yeni transferini reallaşdırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Şpiro Periçiç paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir.

Şpiro karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets” (2012/13), “Solin” (2013/14), “Duqopolye” (2013-2015, 2015-2017), “Slaven Koprivnitsa” (2014/15), “Çibaliya” (2017/18), Sloveniyanın “Mura” (2018/19) və “Maribor” (2019-2021) komandalarında çıxış edib.

Periçiç “Sabah”da 55 nömrəli formada çıxış edəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.