Futbol üzrə Avropa çempionatı ərəfəsində dünyanın yaşıl meydanlarında yoldaşlıq görüşləri keçirilir.
TEMPİNFO xəbər verir ki, sınaq xarakteri daşıyan belə qarşılaşmalar çərçivəsində Belarus millisi İsraili qəbul edib.
Qonaqlar ev sahiblərini meydana çıxmağa peşman ediblər. İsraillilər belarusların qapısından düz dörd cavabsız top keçiriblər - 0:4.
AVRO-2024-də iştirak edəcək komandalardan Ukrayna səfərdə Moldovanı eyni hesabla darmadağın edib - 0:4.
Portuqaliya isə ev matçında İrlandiyadan üstün olub. Komandanın lideri Kriştianu Ronaldu da həmyerlilərinə qoşulub. 39 yaşlı hücumçu matçda dubl etməklə komandasının qələbəsində böyük pay sahibi olub - 3:0.
Qeyd edək ki, bu matç Ronaldu üçün həm də dünya rekordu ilə yadda qalıb. Hücumçu yığma ilə 1226-cı oyununa çıxaraq Braziliya millisi və "San-Paulu"nun sabiq qapıçısı Rogerio Seni (1225) keçib.
TEMPİNFO