Ronaldo künc bayrağını qırdı, ayağı əzildi
669 baxış
İdman xəbərləri
İtaliyada "Yuventus" və İspaniya "Atletiko"su arasında keçirilən Çempionlar Liqasının V tur matçında kuryoz hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, matçın 16-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Kriştianu Ronaldo topun meydanı tərk etməsinin qarşısını almaq istəyərkən, künc bayrağına zərbə endirib. Nəticədə bayraq qırılıb. Portuqaliyalı hücumçu isə axsamağa başlayıb.
Qeyd edək ki, qarşılaşma "Yuventus"un minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu Paulo Dibala vurub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.