"Real"la oynayacaqlarını bilib, sevincdən dəli oldular

  • 15.01.2020
  • 0

"Real" İspaniya kubokunun 1/16 finalında 3-cü divizion klubu "Yunionistas" (Salamanka) ilə qarşılaşacaq.


"Yunionistas" futbolçuları püşkatma mərasimini birgə izləyiblər. Futbolçular "Real"la qarşılaşacaqlarını bildikdən sonra sevincdən dəli olmaq dərəcəsinə çatıblar.


Rəqibin "Real" olduğunu bilən futbolçular bir-birlərini çılğıncasına təbrik ediblər. Salamanka təmsilçisi 2013-cü ildə qurulub. Əvvəlki klub 90 illik tarixdən sonra borca görə dağılıb.


Fanatlar yeni klub formalaşdırıblar. “Yunionistas” ancaq azarkeşlər tərəfindən idarə olunur. Amma kluba bəzi futbol adamları da maliyyə yardımı edirlər. Onlardan biri də İspaniya yığmasının sabiq baş məşqçisi Visente del Boskedir.