AZ
Video yüklə

Ramil Şeydayev qol ötürməsi etdi və qovuldu

30 baxış İdman xəbərləri
Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.



“Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.



Sözügedən komanda səfərdə “Zenit”lə üz-üzə gəlib. Ramilin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 2:4.



Şeydayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.



Komandasının 40-cı dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini Ramil verib. Lakin o, bu görüşü vaxtından öncə başa vurmalı olub. Belə ki, 47-ci dəqiqədə ilk sarı vərəqə ilə cəzalanan millimizin üzvü 78-də də oxşar aqibətlə üzləşib və qırmızı vərəqə ilə meydandan qovulub.



Hazırda “Krılya Sovetov” 27 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.