Qurban Qurbanov milliyə gələcək? Oğlu açıqladı

  • 28.11.2023
  • 0

İsveçin "Yurqorden" klubunun hücumçusu Musa Qurbanlı atası Qurban Qurbanovun adının Azərbaycan millisinin baş məşqçiliyinə namizədlər sırasında hallanması ilə bağlı məsələyə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı hücumçu "CBC Sport"da yayımlanan "Start" verilişində bununla bağlı sualı cavablandırıb. O bildirib ki, Q.Qurbanovla şəxsən təkbətək bu barədə söhbətləri olmayıb:

"Mən ondan soruşmamışam ki, milliyə gedirsən, ya yox. Amma hiss etdiyim, fikirləşdiyim odur ki, açığı, mən onun milliyə baş məşqçi gəlməsini real görmürəm. Yenə də bilmirəm, necə olar...".

 

Nə düşünürsən?