AZ
Video yüklə

Qran pri üçün müsahibə mərhələsi davam edir

60 baxış İdman xəbərləri
Bu il reallaşacaq Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün könüllülərinin müsahibə mərhələsinə davam edir. Yanvarın sonundan başlanan müsahibə mart ayının əvvəlində başa çatacaq. Azərbaycanda keçiriləcək 6-cı Qran Piri üçün əvvəlcə qeydiyyat prosesi aparılıb. Dörd gün ərzində ümumilikdə 8000-dən çox müraciət qəbul olunub. Müsahibə mərhələsində namizədlərin motivasiyasına, dil biliklərinə, eləcə də könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsinə, F1 yarışında işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi bacarıqlarına xüsusi diqqət yetirilir. Müsahibə mərhələsindən uğurla keçən könüllülər martın 14-dən etibarən Ümumi təlimlərə dəvət alacaqlar.

Bugünədək qeydiyyatdan keçən 8000 könüllünün 6000-dən çoxu müsahibə mərhələsinə dəvət alıb.

2022-ci il Azərbaycan Qran Pirisi üçün neçə könüllünün seçiləcəyi martın 4-də müəyyənləşəcək.

Xatırladaq ki, bunadək Bakıda keçirilən əvvəlki 5 yarış üçün ümumilikdə 15 minə yaxın könüllü cəlb olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.