Qonaqlar Bakıya valeh oldu
9 baxış
İdman xəbərləri
Bakıda gözlənilən oyun bitdi, oyunun nəticəsindən asılı olaraq bəzi azarkeşlər razı bəziləri isə narazı qaldı. Xüsusən xarici ölkələrdən gələn azarkeşlər. Onlar öz ölkələrindən Bakıya doğma komandalarına azarkeşlik etmək üçün gəliblər. Məğlub olan komandanın azarkeşləri isə oyundan narazı qalsalar da şəhərimizin gözəlliklərindən razı qaldılar.
Lukas isə Norveçdən gəlib. İlk dəfədir şəhərimizdədir. Amma deyir ki, gələn il mütləq bir də gələcək. Futbol üçün yox, qutab üçün. Çünki yediyi göy qutabının dadı damağında qalıb. Oyunun dadını qaçıran Arsenala isə o onsuz da azareşlik etmirdi.
İngiltərənin Mançestr şəhərindən gələn Ras isə nisbətən məyusdur. O "Arsenal"ın fanatı idi. Bundan belə deyəsən Bakının da fanatı olacaq...
Onların Azərbaycanın digər bölgələrinə səfər edib etməməsi ilə də maraqlandıq. Söhbət etdiyimiz qonaqlar , gələn il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən oyunlarda mütləq yenə Azərbaycana gələcəklərini bildirdilər. Xatırladaq ki, ötən gün paytaxtımızda keçirilən final oyununda "Çelsi" "Arsenal"ı 4-1 hesabı ilə məğlub etdi.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.