Qəzada ölən oğluna verdiyi sözü tutan baş məşqçi hönkür-hönkür ağladı
1 257 baxış
İdman xəbərləri
Meksika çempionatının son qalibi “Monterey” 2010-cu ildən sonra ilk dəfə çempion olub.
Offsideplus.az xəbər verir ki, “Monterey” “pley off”un finalında “Amerika”ya penatilər seriyasında 4:2 hesabı ilə qalib gəldiyi oyundan sonra futbolçular meydana girib qələbəni bayram ediblər. Bu vaxt komandanın baş məşqçisi Antonio Mohamed texniki zonada əyləşərək hönkür-hönkür ağlayaraq dua etməyə başlayıb. Baş məşqçinin göz yaşlarına səbəb 2006-cı ildə Almaniyada ağır yol qəzası zamanı həlak oğlu Fəridə verdiyi söz olub. Futbolçu kimi "Monterey"də çıxış edən Antonio klubun fanatı olan azyaşlı oğluna söz verib ki, nə vaxtsa o yenidən bu komandaya qayıdaraq onu çempion edəcək.
Argentinanın DÇ-2006-dakı oyununa çatmaq üçün Fərid atasından maşını sürətlə sürməyi xahiş edib. Yüksək sürət ağır qəzaya səbəb olub. Nəticədə Fərid dünyasını dəyişib, Antonio isə ağır bədən xəsarətləri ilə xilas ola bilib. Bu faciədən sonra həyat yoldaşı Antonio Mohameddən ayrılıb.
Antonio Mohamed futbol fəaliyyətini davam etdirərək "Monterey"in baş məşqçisi olub və 13 il əvvəl oğluna verdiyi sözü tutub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.