AZ
Video yüklə

"Qarabağ" "Kukesi" ilə oyuna hazırlığını başa vurdu

8 baxış İdman xəbərləri
Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.
Qol.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edəcək. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olub. Mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalıdır. İstənilən qollu heç-heçə rəqibə sərf edir. “Qarabağ” üçüncü mərhələyə yüksəlsə, HİK - BATE cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, bu komandalar arasında da ilk görüşdə hesab açılmayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.