AZ
Video yüklə

Qarabağ Çempionlar Liqasında rekorda imza atıb

91 baxış İdman xəbərləri
"Qarabağ" bu mövsüm Çempionlar Liqasında etibarlı müdafiəsi ilə diqqət mərkəzinə düşüb.

Qol.az-ın xəbərinə görə, Ağdam təmsilçisi turnirdə bir qol belə buraxmayan iki komandadan biridir.












Qurban Qurbanovun komandası və Serbiya təmsilçisi "Srvena Zvezda" keçirdiyi 4 oyunda qapısını toxunlumaz saxlamağı bacarıb.

"Qarabağ" "Olimpiya" (Sloveniya) və "Kukesi" (Albaniya) ilə görüşlərdə qapısında qol görməyib.

Bundan başqa, "Qarabağ"ın yeni transferi Vaqner da Silva Azərbaycan futbolu üçün yeni rekord müəyyənləşdirib. O, avrokubokda ardıcıl 4 oyunda qol buraxmamaqla buna nail olub.

Qeyd edək ki, indiyə qədər bu göstəricidə rekord "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçə məxsus idi. Bosniyalı qolkiper ötən mövsüm ilk 3 matçda qapısını toxunulmaz saxlamışdı.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.