AZ
Video yüklə

Qadın güləşçilərimiz Bakıda hazırlaşır

46 baxış İdman xəbərləri
Qadın güləşi üzrə Azərbaycan yığması Bakıda məşqləri davam etdirir.

Offsideplus.az Güləş Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçən millimiz qarşıdan gələn Dünya Olimpiya Təsnifat turnirinə son hazırlıq prosesini həyata keçirir. Komanda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında taktiki-texniki məşqlərdə iştirak edir. Fiziki hazırlıq üzrə məşqlər isə bu sahə üzrə mütəxəssis olan Mark Alan Filippinin nəzarəti altında keçirilir.

Qeyd edək ki, qadın güləşçilər mayın 3-də Bolqarıstana yollanacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.