AZ
Video yüklə

PSJ-nin ulduzu baş məşqçinin üstünə şampan püskürtdü

3 426 baxış İdman xəbərləri
Futbol üzrə Fransa kubokunun final qarşılaşmasında Liqa 1-in qalibi elan olunan PSJ “Sent-Etyen”ə qalib gələrək kuboka sahib çıxıb - 1:0.
Offsideplus.az xəbər verir ki, tarixində 13-cü dəfə Fransa kubokunu qazanan PSJ-nin oyun sonrası mətbuat konfransında maraqlı anlar yaşanıb.
Klubun baş məşqçisi Tomas Tüxel, kapitan Tiaqo Silva və müdafiəçi Markinyos oyundan sonra jurnalistlərin qarşısına keçiblər. Markinyos suala cavab verdiyi anda komanda yoldaşı Presnel Kimpembe əlində şampan şüşəsi ilə zala daxil olub. O futbolçularla yanaşı, baş məşqçinin üzərinə şampanı püskürdüb. Tüxel bir müddət dəsmalla müqavimət göstərəməyə çalışsa da, futbolçular kimi yerini tərk etməli olub. Fransız futbolçu daha sonra Markinyosu təbrik edərək onu qucaqlayıb, ardınca məşqçi və kapitan yerlərinə qayıdıblar.
Həmin anların görüntüsünü təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.