Namik Ələsgərov qol vurduğu matçdan danışdı
118 baxış
İdman xəbərləri
“Bursaspor”un futbolçusu Namik Ələsgərov 10-cu turun “Balıkəsirspor”(2:0) üzərindəki qələbəsini şərh edib.
“Qafqazinfo” xəbər verir ki, millimizin üzvü özünü Bursa klubunda yaxşı hiss etdiyini bildirib: “Qalib gəldiyimizə görə şadam. Ardıcıl 2-ci qələbədir. Seriyanı davam etdirmək istəyirik. Növbəti matçlarda da bu oyunlardakı kimi kollektiv oynamalıyıq.
Mövsümə yaxşı başlamışdıq, amma uşaqlar bir-birinə öyrəşib, indi daha yaxşı oynamağa başladıq, daha da artıracağıq. Özümə gəldikdə, yetərincə müddətdir ki, buradayam və özümü yaxşı hiss edirəm. Adaptasiya prosesi geridə qalıb. İlk qolumu vurdum, daha yaxşı oynayacağımı düşünürəm”.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.