AZ
Video yüklə

MLS liqasının qalibi müəyyənləşdi

261 baxış İdman xəbərləri
MLS liqasında mövsümün çempionu adına aydınlıq gəlib.



Sportinfo.az xəbər verir ki, "Sietl Sounders" finalda "Toronto"ya 3:1 hesabı ilə qalib gələrək çempion olub.



Final görüşündə Kelvin Leerdam, Viktor Rodriges və Raul Ruidiasın vurduğu qollar ev sahiblərinə qələbə qazandırıb. Qonaqlardan Joze Altidor fərqlənib.



Beləliklə, "Sietl Saunders" tarixində ikinci dəfə MLS liqasının qalibi adını qazanıb. "Sietl" 2016-cı ildə də finalda "Toronto"dan üstün olmuşdu. Mövsümün oyunçusu adına isə 33 qolla “Los-Anceles”in forvardı Karlos Vela layiq görülüb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.