Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.
Offsideplus.az xəbər verir ki, ilk oyununda Belçika komandası ilə üz-üzə gələn yığma 3:0 hesablı qələbə qazanıb.
Millinin heyətində 25+1-ci və 35-ci dəqiqələrdə Vüsal İsayev dubl edib. Digər qolu isə Samir Həmzəyev 39-cu dəqiqədə rəqib qapısından keçirib.
Qeyd edək ki, Elşad Quliyevin yetirmələri iyunun 3-də İtaliya, bir gün sonra Fransa yığması ilə üz-üzə gələcək.