Minifutbol turnirinə start verilib

  • 26.11.2023
  • 0

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin açılış mərasimi keçirildi.

Bakı Tennis Akademiyasında reallaşan mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov iştirak etdilər.

Tədbirdə çıxış edən fəxri qonaqlar turnir iştirakçılarına uğurlar arzuladılar.

Açılış mərasimində aerobika gimnastları rəngarəng çıxışları da baş tutdu.

Açılış mərasimindən sonra keçirilən ilk oyunda Dövlət Neft Şirkəti ilə Dövlət Gömrük Komitəsi komandaları qarşılaşdılar. Oyun SOCAR-ın qələbəsi ilə başa çatıb - 4:1.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçiriləcək yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparacaq.

2024-cü il mayın 6-dək davam edəcək oyunlar şənbə və bazar günləri keçiriləcək.

REAL