Bu həftəsonu Ukrayna çempionatında 6-cı turun oyunları keçirilir.
Bildiyiniz kimi, qarşıdakı seçmə oyunlar üçün Ukrayna çempionatından da iki futbolçu yığmanın düşərgəsinə cəlb olunub. Həftə yığma üzvləri üçün fərqli alınıb. Anatoli Nuriyevin şərəfini qoruduğu “Kolos” “Dinamo” ilə səfər oyununda darmadağın olub – 0:7. Nuriyev meydana 2-ci hissədə, hesab 0:6 olandan sonra çıxıb.
Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geydiyi “Minay” evdə “Şaxtyor”dan xal alıb – 1:1. “Minay”ın 76-cı dəqiqədəki bərabərlik qolunu məhz Rüstəm vurub. O, start heyətində meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Eldar Quliyev isə 61-ci dəqiqədə oyuna qoşulub, 90+1-ci dəqiqədə sarı, 90+6-cı dəqiqədı qırmızı vərəqə ilə cəzalanıb.