Millimiz böyük hesabla qalib gəldi
490 baxış
İdman xəbərləri
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünə çıxıb.
Qurban Qurbanovun çalışdırdığı millimiz Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə üz-üzə gəlib.
Bu, komandamızın Qurbanovun rəhbərliyi altında dördüncü yoldaşlıq görüşü idi. Bundan əvvəl Türkiyədə Moldova (0:0) və Makedoniya ilə (1:1) heç-heçəyə razılaşan komandamız Bakıda Belarusa uduzmuşdu - 0:1. Bu üzdən Qurbanov millidə ilk qələbəsini qırğızlarla görüşdə rəsmiləşdirə bilərdi.
Belə də olub. Komandamız rəqibinə 3 cavabsız qolla qalib gəlib.
Yoldaşlıq oyunu
29 may
Azərbaycan - Qırğızıstan 3:0
Qol: M.Medvedev, 17. M.Mədətov, 75. Ü.Abbasov, 84.
Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Türkiyə).
Bakı Olimpiya Stadionu.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.