AZ
Video yüklə

Milan 3 xalı son saniyələrdə qazandı

6 baxış İdman xəbərləri
İtaliya A Seriyasında 11-ci tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, son oyun günündə 6 qarşılaşma keçirilib. “Latsio” SPAL üzərində inamlı qələbə qazanıb – 4:1. “Torino” isə eyni hesabla səfərdə “Sampdoriya”nı üstələyib.Son oyunda isə “Milan” “Udineze” ilə üz-üzə gəlib. Qonaqlar 90-cı dəqiqədə vurduqları qolla qələbəni bayram ediblər.Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 21-ə yüksəldən “Milan” 4-cü pillədəki yerini qoruyub. Turnir cədvəlinə 31 xalla “Yuventus” başçılıq edir. Eyni – 25 xala malik “İnter” və “Napoli” isə 2-3-cü yerləri bölüşdürür.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.