Məğlubedilməz boksçu 24 yaşında öldü
201 baxış
İdman xəbərləri
Amerikalı peşəkar boksçu Travel Mezion Texasda yol qəzasında dünyasını dəyişib. BiG.AZ-ın verdiyi xəbərə görə. bu barədə TMZ yazır. Cəmi 24 yaşı olan məğlubedilməz idmançının avtomobili qarşıdakı zolağa keçərək "Nissan Sentra"ya dəyib və "Honda Pilot"la toqquşub. Boksçu hadisə yerində keçinib. "Honda Pilot"un 61 yaşlı sürücüsü isə aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib. Polis iki nəfərin ölümü ilə nəticələnən qəzanı araşdırır. Mazionun "Cadillac"ının qarşıdakı zolağa keçmə səbəbi hələlik məlum deyil. Qeyd edək ki, Mazion peşəkar boksda bir dəfə də məğlub olmayıb: 17 döyüşün 17-sini də qələbəylə sona çatdırıb. 2020-ci ilin yanvarında Fernando Kastanedanı nokauta salaraq, son döyüşünü 58 saniyədə başa vurub.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.