AZ
Video yüklə
Mbappe PSJ-yə görə özünə əlavə üç vəkil tutdu

Bu video hazırda oynadıla bilmir.

Mbappe PSJ-yə görə özünə əlavə üç vəkil tutdu

240 baxış İdman xəbərləri
Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe sabiq klubu PSJ-dən keçən mövsümün sonundan qalan ödənilməmiş maaşını almağa çalışır.

Bax tv bu barədə “Relevo” nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, Mbappenin hüquq komandasına cinayət və əmək işləri üzrə ixtisaslaşmış daha üç hüquqşünas qoşulub.

Mbappe Paris klubundan 2023/2024-cü il mövsümünün sonunda ona bonus olaraq ödənilməli olan 55 milyon avronu almaq niyyətindədir.

Qeyd edilən bonuslar ona “Real”a keçdiyi üçün ödənilməyib.

Bundan əlavə, Mbappenin vəkillərinin Fransa Futbol Federasiyasından mübahisəli işi UEFA-ya göndərməyi xahiş edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.