AZ
Video yüklə

"Mançester Siti" üçün ŞOK İTKİ

6 baxış İdman xəbərləri
İngiltərənin "Mançester Siti" klubu ciddi itki ilə üzləşib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Kevin de Breyne son məşqlərin birində zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dizindən zədə alan Belçika yığmasının üzvü uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 27 yaşlı futbolçunun sağalması təxminən 3 ay çəkəcək.



Xatırladaq ki, belçikalı yarımmüdafiəçi ötən mövsüm MS-də 52 oyuna çıxıb, 12 qol vurub, 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.