Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Zaqreb “Dinamo”sunda növbəti qolunu vurub.
“Qafqazinfo” xəbər verir ki, gənc hücumçu ÇL-in 2-ci təsnifat mərhələsinin cavab oyununda Qazaxıstan “Astana”sının qapısına yol tapıb.
24-cü dəqiqədə baxımlı qola imza atan Mahir, matçda hesabı açıb.