M.Haqverdiyev dünya üçüncüsü oldu
19 baxış
İdman xəbərləri
Bolqarıstanda yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. Paytaxt Sofiyada reallaşan yarışın növbəti günündə sərbəst güləşçilərim daha bir medal qazanıblar.
45 kq çəkidə dərəcəsində yarışan Murad Haqverdiyev ilk görüşündə Gürcüstan idmançısını vaxtından əvvəl məğlub edib. İkinci duelində rusiyalı rəqibindən üstün olan Haqverdiyev yarımfinalda büdrəyib. İranlı rəqibi ilə bacarmayan güləşçimiz bürünc uğrunda yarışıb. Burada qırğızıstan təmsilçisi ilə üz-üzə gələn pəhləvanımız əzmkarlıq nümayiş etdirərək son saniyələrdə tətbiq etdiyi fəndlə dünya 3-cüsü olub.
60 ka-dakı təmsilçimiz Fərhad Kərimili də bürünc mükafat qazana bilərdi. Dünya çempionatına Makedoniyalı rəqibi üzərində qələbə ilə başlayan Kərimli 1/4 finalda amerikalı idmançıya da şans verməyib. Amma, yarımfinala vəsiqə qazanan güləşçimiz uğurlu serianın ardını gətirə bilməyib. Fərhad finalın bir addımlığında iranlı rəqibinə uduzub. Lakin zədələnən Kərimli bürünc medal uğrunda görüşə çıxa bilməyib.
Dördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kq-da çıxış edən yeniyetmə qızlar mübarizə aparacaq.
57 kq-da qüvvəsini sınayan Birgül Soltanova da bürünc üçün yarışacaq. Yarımfinalda bürdəyən Soltanova bu gün Marya Plaserlə Alina Kasabieva cütünün qalibi ilə qarşılaşacaq.
4-cü yarış günü həmçinin 40, 46, 53, 61 və 69 kq-da çıxış edən yeniyetmə qızlar mübarizəyə qoşulub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.