AZ
Video yüklə

Luiş Nani: "Qarabağ"a vurduğum qol sənət əsəri idi"

238 baxış İdman xəbərləri
"Spotinq"in kapitanı Luiş Nani Portuqaliyanın dünyaca məşhur "Record" nəşrinə geniş müsahibə verib.


Offsideplus.az xəbər verir ki, başa çatmaqda olan ili dəyərləndirən portuqaliyalı yarımmüdafiəçi komandasının Avropa Liqasındakı çıxışına da toxunub. "Qarabağ"la Bakıda keçirdikləri oyunu xatırlayan 32 yaşlı futbolçu Ağdam klubunun qapısına vurduğu baxımlı qoldan danışıb. Nani bildirib ki, həmin qol sənət əsəri idi.

Qeyd edək ki, "Qarabağ" - "Sportinq" oyunu qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Nani 33-cü dəqiqədə bir neçə futbolçunu keçərək, təmsilçimizin qapısına gözəl qol vurmuşdu.(qol.az)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.