"Leyptsiq" "Atletiko" üzərində qələbə ilə yarımfinalda
1 164 baxış
İdman xəbərləri
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ikinci oyununda Almaniya “Leyptsiq”i İspaniyanın “Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutan matçın ilk hissəsində hesab açılmayıb.
Görüşdə hesabı 50-ci dəqiqədə "Leyptsiq" açıb. Dani Olmo fərqlənib. 71-ci dəqiqədə "Atletiko"nun hücumçusu Joao Feliks penaltidən fərqlənməklə tarazlığı bərpa edib. Oyunun əsas vaxtının başa çatmasına 2 dəqiqə qalmış isə Tayler Adams "Leyptsiq"i yenidən önə çıxarıb. Yekunda 2:1 hesablı qələbə qazanan Almaniya klubu tarixində ilk dəfə adını yarımfinala yazdırıb.
Qeyd edək ki, "Leyptsiq" yarımfinalda Fransa çempionu PSJ ilə qarşılaşacaq.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.