AZ
Video yüklə

L.Yohansonun ölümcül yuxusu

12 baxış İdman xəbərləri
UEFA-nın sabiq prezidenti, FIFA-nın keçmiş vitse-prezidenti Lennart Yohansson vəfat edib.



Son vaxtlar xəstəlikdən əziyyət çəkən isveçli funksioner 89 yaşında, yatdığı yerdə dünyasını dəyişib.



Yohansson Avropa futbol qurumuna 1990-2007-ci illərdə rəhbərlik edib.



O, bu vəzifədə ən uzun müddət qalan şəxsdir.



Təcrübəli mütəxəssis 26 yanvar 2007-ci ildə keçirilmiş seçkidə fransalı Mişel Platiniyə uduzub.



Yohansson 2005-ci ilədək İsveçin AİK klubunun prezidenti vəzifəsini icra edib.



UEFA Gənclər Liqasının kubokuna onun adı verilib.



Lenard Yohanson Bakıda təşkil olunmuş Avropa Liqasının final matçını da stadiondan izləmişdi.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.