İranda qazanılan 13 medal

  • 02.07.2019
  • 0

İranda uşu üzrə beynəlxalq turnir keçirilib. Astara şəhərində reallaşan yarışda ölkəmizi yeniyetmə, gənc və böyüklərdən ibarət 30-da çox idmançı təmsil edib. Döyüşçülərimiz bütün yaş qrupları və çəki dərəcələrində mübarizə aparıblar.

Yeniyetmələr arasında Tunar Rüstəmzadə, Rza Şahbazov, Amin Əlili, Raul Muradov, Ülvi Mehdi, Süleyman Adigözəlli, Bahadur Əhmədov, Kənan Həsənli və Yusif Həşimli qızıl medal qazanıblar.

Gənclər arasında Tural Hacıməmmədli və Cavid Cəmilov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Kişilərin mübarizəsində isə Elçin Eminov və Nicat Kişiyev yarışın qalibi olublar.

Nə düşünürsən?