AZ
Video yüklə

İngiltərə bayrağını təhqir edən ukraynalı modellər tutuldu

6 305 baxış İdman xəbərləri
Bu gün Avro-2020-nin son finalçısı müəyyənləşəcək.

Offsideplus.az xəbər verir ki, Bakı vaxtı ilə 23:00-da İngiltərə ilə Danimarka seçmələri münasibətlərə aydınlıq gətirəcəklər.

Oyun günü baş verən olay isə gündəmi zəbt edib. Belə ki, Dubayda yaşayan ukraynalı qızlar İngiltərə millisinə əcaib dəstək nümayiş etdiriblər. Onlar sözügedən ölkənin bayrağını boyalarla üzlərinə və arxalarına həkk etdirərək videoya çəkiblər.

Bu görüntülər ingilislərin qəzəbinə tuş gəlib. "The Sun" nəşrinin yazdığına görə, həmin modellərdən bir neçəsi həbs edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.