AZ
Video yüklə

İngilislərin final sevinci

81 baxış İdman xəbərləri
Ötən gecə Avro-2020-nin yarımfinalında Danimarkanı əlavə vaxtda vurduğu qolla 2:1 hesabı ilə məğlub edən İngiltərə həlledici matça vəsiqə qazanıb.

Bu, ingilislərin tarixində ilk olub. Belə ki, "Dumanlı albion" təmsilçiləri ilk dəfə Avropa çempionatının finalına çıxıblar.

Bu əlamətdar hadisənin ardınca İngiltərədə əsl bayram ab-havası yaşanıb. Ölkənin dörd bir yanında azarkeşlər küçələrə axışaraq qələbəni qeyd ediblər.

Qeyd edək ki, AÇ-2020-nin finalı iyulun 11-də İtaliya və İngiltərə milliləri arasında keçiriləcək. Görüş Londonun məşhur "Uembli" stadionunda baş tutacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.