İkinci Liqanın 11-ci turunda keçirilən "Cəbrayıl" - "Şəki Siti" matçı (4:1) müəmmalı hakim qərarları ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, görüşün baş hakimi Kamran Əliyev 90+3-cü dəqiqədə qonaqların futbolçusuna qarşı cərimə meydançası daxilində edilən aşkar qayda pozuntusuna görə penalti təyin etməyib.
Bundan əlavə, matç ərzində referi şəkililərin əleyhinə əlavə qərarlar da qəbul edib. Qonaqların futbolçularına isə nə az, nə çox - 7 vərəqə göstərilib.
Stadionda şahidi olduğumuz digər məqamlardan biri də ədalət təmsilçilərinin "Cəbrayıl"ın baş məşqçisi Cavid Hüseynova açıq-aşkar rəğbət bəsləməsi idi. Oyun boyu "Şəki Siti"nin texniki zonasında yer alan şəxslərə aqressiv reaksiya göstərən dördüncü hakim bunu nədənsə, "Cəbrayıl"ın məşqçilərinə qarşı etmirdi.
Bu məqamla razılaşmayan "Şəki Siti"nin prezidenti Elgün Hüseynov isə iradlarını AFFA nümayəndəsinə bildirirdi.
Müəmmalı penalti epizodunu sizə təqdim edirik:
































