Gürcüstan - İspaniya oyununa azarkeşlər necə buraxılıb?
742 baxış
İdman xəbərləri
Futbol üzrə 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində bu gün keçirilən Gürcüstan - İspaniya oyununda (1:2) stadiona azarkeşlər də buraxılıb.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 54 min tamaşaçı tutumuna malik Boris Payçadze adına stadiona tamaşaçılar Gürcüstan Futbol Federasiyasının dövlətdən aldığı 2 saatlıq icazə əsasında gediblər.
Belə ki, hazırda qonşu ölkədə pandemiya səbəbindən hər gün 21:00-dan etibarən hərbi vəziyyət elan edilir. Məhz Gürcüstan hökumətindən alınan 2 saatlıq iznlə futbolsevərlər doğma komandalarını dəstəkləmək şansı əldə ediblər.
Oyuna biletlər isə elektron formada, şəxsiyyət vəsiqəsinin nömrəsi ilə satılıb. Tamaşaçılar polisə həmin bileti göstərərək arenaya rahat şəkildə gedə biliblər.
Onu da qeyd edək ki, azarkeşlər tribunalarda bir oturacaqdan bir əyləşdirilib.
Matçın keçirildiyi stadiondan özəl görüntüləri diqqətinizə çatdırırq:

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.