AZ
Video yüklə

Güləş yığmalarımız Bolqarıstanda toplanış keçir

57 baxış İdman xəbərləri
Olimpiya Oyunlarında güləş yarışlarının başlamasına çox az müddət qalıb.

Offsideplus.az xəbər verir ki, güləş yığmalarımız Tokio Olimpiadasına hazırlığı intensiv şəkildə davam etdirir.

Qadın güləşçilərimiz Bolqarıstanda təlim-məşq toplanışı keçir. Mayın 24-dən startı verilən hazırlıq prosesi iyunun 8-dək davam edəcək. Yerli komandayla birgə təlim-məşq toplanışında baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (68 kq) iştirak edir. Bolqarıstanın dağlıq bölgəsi olan Belmekendə keçirilən məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara üstünlük verilir.

Qeyd edək ki, toplanış başa çatdıqdan sonra Stadnik və Manolovanın Polşanın paytaxtı Varşavada baş tutacaq reytinq xarakterli beynəlxalq turnirdə iştirakı nəzərdə tutulub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.