Bakıda keçiriləcək UEFA avropa liqasının final oyunu öncəsi hər iki komandanın baş məşqçisi və futbolçuları mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
Topçuların baş məşqçisi Unay Emerinin media nümayəndələri ilə görüşü saat 17-45-ə planlaşdırılıb.
Emery konfransa müdafiəçi Sokratis Papastatopulos və yarımmüdafiəçi Qranit Caka ilə qatılacaq.
Saat 18-30-da isə Arsenalın açıq məşqi baş tutacaq.
Zadəganların baş məşqçisi Maurisio Sarri də konfransa 2 futbolçu ilə gələcək.
Təcrübəli mütəxəssisi kapitan Sesar Aspilikueta və müdafiəçi David Luis müşayət edəcək.
Çelsinin mətbuat konfransı saat 20-15-də başlayacaq.
Saat 21-də isə London təmsilçisi olimpiya stadionunda son məşqinə çıxacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu sabah saat 23:00-da başlayacaq.


































