AZ
Video yüklə

"Fənərbağça" 3 qırmızı vərəqə görən "Başakşehir"i darmadağın etdi

987 baxış İdman xəbərləri
Türkiyə Superliqasında 14-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, "Başakşehir" səfərdə "Fənərbağça"nın qonağı olub. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun sonunda 9 nəfərlə qalan "Başakşehir"in iki futbolçusu və baş məşqçisi qırmızı vərəqə ilə cəzalanıb. 71-ci dəqiqədə braziliyalı oyunçu Rafael, 74-cü dəqiqədə isə İrfan Can Kahveci meydandan qovulub.

Qırmızı vərəqələrin ardından hakimə etirazlarını bildirən "Başakşehir"in baş məşqçisi Okan Buruk da cəzalanıb. Rafael də sonradan meydana daxil olaraq hakim Bahaddin Şimşekə öz etirazlarını ünvanlayıb.

"Fənərbağça" - "Başakşehir" 4:1 (N.Sanqare, 45+2. Tisseran, 60. L.Gustavo, 84. M.Yandaş, 89. - M.Tekdemir, 6.)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.