AZ
Video yüklə

Ermənilər “Qarabağ”ın "Sevilya" ilə oyununda da aranı qatdı

694 baxış İdman xəbərləri
Dünən axşam Avropa Liqasının 5-ci turu çərçivəsində keçirilən "Sevilya” – "Qarabağ” (2:0) matçında ermənilər yenə aranı qarışdırmağa çalışıb.



SFera.az xəbər verir ki, onlar tribunada Ermənistan bayrağı açıblar və elə bundan sonra da ara qarışıb. Qadın azarkeşlərimiz "Qarabağ Azərbaycanındır” deyə şüarlar səsləndirib.



Bu barədə Əməkdar artist Bəhram Bağırzadə bildirib. Tanınmış aktyor qadın azarkeşlərimizin erməniləri və erməni bayraqlarını stadiondan çıxartdığını vurğulayıb:



"Azərbaycanın mərd qadınları "haylar”ı (erməniləri) və onların bayraqlarını stadiondan rədd etdilər. Halaldı sizə! Allah millətimizi qorusun! Amin!” (yeni sabah)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.