Erməni hakim Türkiyə himninə hörmətsizlik etdi, cəzalandırıldı

  • 06.07.2023
  • 0

Moldovada keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında Ermənistanlı hakim Türkiyə himninə hörmətsizlik edib. 

“Qafqazinfo” xəbər verir ki, qadın referi Nazik Avdalyan qardaş ölkə idmançısının şərəfinə səslənən himn zamanı yerə çöküb.

Bu onun ilk belə hərəkəti olmayıb. Daha öncə də Türkiyə himninə hörmətsizlik edən Avdalyan bu dəfə cəzalandırılıb.

Belə ki, türkiyəlilərin şikayətindən sonra onu əsas hakimlikdən çıxarıb ehtiyat hakimliyə keçiriblər.