"Enfild"də azarkeşlər Ronaldonu ayaq üstə alqışladı
2 213 baxış
İdman xəbərləri
İngiltərə Premyer Liqasının 33-cü turunda keçirilən "Liverpul" - "Mançester Yunayted" matçının 7-ci dəqiqəsində görüşün keçirildiyi "Enfild Roud" stadionunda qonaqların portuqaliyalı hücumçusu Kriştianoya jest edilib.
Offsideplus.az xəbər verir ki, azarkeşlər 37 yaşlı forvardın dünən dünyasını dəyişən əkiz övladlarından birinə görə, onu alqışlayaraq mənəvi dəstək veriblər.
Xatırladaq ki, dünən Kriştiano Ronaldonun yenicə dünyaya gələn əkiz övladlarından biri vəfat edib. Bu səbəbdən o, bugünkü matçda meydanda yer almayıb.
Əlavə edək ki, hazırda matçın ilk hissəsi oynanılır və meydan sahibləri 1:0 hesabıyla öndədir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.