AFFA-nın yeni vitse-prezidenti Elxan Məmmədovun mətbuat konfransında maraqlı anlar yaşanıb. Jurnalistlərin millinin baş məşqçi postuna kimin gətiriləcəyi ilə bağlı sualına cavab verən E.Məmmədov əlindəki məşqçilərin siyahasını da kameralar önündə nümayiş etdirib. ARB TV-də yayımlana ARB İdman proqramında aparıcı Azər İsmayıl onlardan bəzilərinin adlarını müəyyənləşdirərək tamaşaçılara təqdim edib. Videodan görünən və aparıcının təqdim etdiklərinə əsasən demək olar ki, bu posta təklif olunan məşqçilər Branko İvankoviç, Luigi Di Biagio, Covanni de Biasi və Prandelli kimi mütəxəssislərdir.